Minik avtomobili inəyi vurub

Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 103-cü km-də qeydə alınıb. 32 yaşlı Qusar sakini Hacıyev İsgəndər Sadıq oğlunun idarə etdiyi "VAZ 21-06" markalı avtomobil Quba istiqamətində hərəkətdə olarkən qarşısına çıxan inəyi vuraraq öldürüb. Hadisə nəticəsində sürücü, eləcə də avtomobildə olan 3 sərnişin - 49 yaşlı Dadaşbala Yusifov, onun həyat yoldaşı 45 yaşlı Mərcanə Yusifova və 22 yaşlı oğlu Sahil Yusifov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan Mərcanə Yusifovanın vəziyyəti nisbətən ağırdır.

Qeyd edək ki, hazırda faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə