Bakıda Qız qalasının qarşısında zəncirvari qəza olub

Bakıda Qız qalasının qarşısında zəncirvari qəza olub

Bakıda Neftçilər prospektində Qız qalasının qarşısında zəncirvari qəza baş verib. 6 avtomobil zəncivari olaraq bir-birinə toqquşub.

İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub.

Qəza nəticəsində yüngül xəsarət alanlar olub. Qəza baş verdikdən sonra Neftçilər prospektində tıxac yaranıb.

Yol polisi hal-hazırda tıxacın aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Bütün xəbərlər Facebook səhifəmizdə