Neftçilər prospektində qəza HADİSƏ

Bu gün Neftçilər prospektində, Park İnn otelinin yaxınlığında qəza hadisəsi baş verib. SİA-nın qəza yerində olan müxbirinin məlumatına görə, "Hundai" markalı, 90 BT 190 dövlət nömrə nişanlı avtomobil, "Mercedes" markalı 10 NZ 473 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Qəzaya səbəb "Mercedes" markalı mikroavtobusun birinci yolla sürətlə hərəkət etməsi olub. Qəza nəticəsində xəsarət alan və ölən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə