Noyabrın 8-də Ə.Rəcəbli küçəsində yerləşən mağazada, orada işləyən Şirinbacı Vəliyevanın mobil telefonunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Məmmədbağır Bağırov Nərimanov RPİ 17-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Bu barədə SİA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Yasamal RPİ 27-ci PB-nin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində isə AR Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Arzu İmanova tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB