Azərbaycan-İran sərhədində silahlı insident baş verib

Hadisə nəticəsində bir hərbçi həlak olub, ikisi yaralanıb

Ötən gün saat 19:30 radələrində Dövlət Sərhəd Xidməti Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd pozucularının qarşısının alınması zamanı silahlı insident baş verib. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində bir nəfər hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb.

Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Hadisə ilə bağlı Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən araşdırma tədbirləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...