Yanğında ev sahibinin qohumu xilas edilib

Yanğında ev sahibinin qohumu xilas edilib

Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 33 kv.m olan 2 otaqlı mənzilin dəhlizində elektrik şiti yanıb. SİA-nın məlumatına görə, yanğın zamanı yanğınsöndürənlər mənzilə pəncərədən daxil olmuş, ev sahibinin qohumunu xilas edərək yaxınlarına təhvil veriblər. Mənzil yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə