Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, kanalizasiya xətti çəkilən zaman torpaq sürüşməsi baş verib və 1 nəfər fəhlə torpaq uçqunu altında köməksiz vəziyyətdə qalıb.
Xəsarət alan şəxs, Sumqayıt Regional Mərkəzinin xilasediciləri tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə uçqun altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB