Ötən gün Salamzadə küçəsində yerləşən mərmər sexində işləyən Salyan rayon sakini Adıgözəl Əmənov paltar dəyişmə otağında asılqandan asılan şalvarının cibindən 250 manatını oğurlamaq istəyən Bakı şəhər sakini Rəşad Babayevi görüb, bu zaman R.Babayev oradan qaçıb. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 20-ciPB və Post-Patrul Xidməti Bölüyünün keçirdiyi əməliyyat tədbirləri nəticəsində R.Babayev tutulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB