Gürcüstanın avtomobil yollarında qəzaların sayı xeyli azalıb. SİA-nın gürcü mətbuatına istinadən xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Qurumun məlumatına görə, buna magistral yollarda avtomobillərin sürətini ölçən yeni radarların quraşdırılması səbəb olub. Məlumatda deyilir ki, cari ilin on ayında 2012-ci ilin eyni dövrü ilə müqayisədə avtomobil qəzalarının sayı 80, ölüm halları isə 85 faiz azalıb. Bu ilin ötən dövrü ərzində ölkənin avtomobil yollarında 35 yeni radar quraşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB