İki nəfər yol qəzası nəticəsində ölüb

İki nəfər yol qəzası nəticəsində ölüb

Sabunçu körpüsünün üstündə Habil Əbilovun idarəetdiyi "Hino" markalı yük avtomobili ilə Sərtib Kazımovun idarə etdiyi "VAZ-2107"markalı avtomobil toqquşub. Bu Barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, S.Kazımov aldığı xəsarətdən noyabrın 28-də xəstəxanada ölüb.

Həmçinin bildirilib ki, noyabrın 27-si saat 18:30 radələrində Yasamal rayonu A.Şərifzadə küçəsində Bakı şəhər sakini Sənan Abasquliyev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə Orxan Cəfərlini vurub. O.Cəfərli aldığı xəsarətdən noyabrın 28-dəKliniki Tibbi Mərkəzdə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə