Penitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.11; 181.3.3; 66.2.3 maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilən məhkum Vüqar Loğman oğlu Bəkirovun yanına qısamüddətli görüşə gələn dostu Fərid Valeh oğlu Hüseynovun gətirdiyi sovqata və üzərinə baxış keçirilərkən ayağındakı ayaqqabıların içərisində xüsusi üsulla düzəldilmiş yerdə gizlədilən 2 (iki) ədəd "Nokia" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB