Köməksiz və nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib

Köməksiz və nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər azyaşlı mənzilin qonaq otağının qapısının təsadüfən kilidlənməsi nəticəsində köməksiz vəziyyətdə qalıb. SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə mənzilin qonaq otağının qapısını açıblar. Otaqda nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə