Ötən gün iki nəfər bıçaqlanıb

Ötən gün iki nəfər bıçaqlanıb

Noyabrın 27-si saat 11 radələrində İlkin Qasımov döş qəfəsinin daxilə nüfuz edən bıçaq xəsarətilə Şərifzadə küçəsindən KTM-ə daxil olub. Bu barədə SİA-ya Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib. Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Fərid Səmədov Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən yaxalanıb.

Bundan əlavə, ötən gün saat 19 radələrində Bakı şəhər sakini Sərraf Mürsəlov bıçaq xəsarətlərilə F.Ağayev küçəsindən KTM-ə daxil olub. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elşad Rəhimov şübhəli şəxs qismində tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə