Çilov adası yaxınlığında Rusiyaya məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verib.
SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin "Qoryaçi" qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.
Əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB