Bərdədə azyaşlı qızı döyüblər. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Türkman kəndində baş verən hadisədə 18 yaşlı qız qonşusu 50 yaşlı qadın tərəfindən vəhşicəsinə döyülüb. Kənd sakini Kəmalə Rüstəmova şəxsi münasibətlər zəminində qonşusu Gülbəniz Mehdiyevanı, bellə başından və bədəninin müxtəlif hissələrindən bir neçə dəfə vurub.
Yaralı qız ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Ağır kəllə beyin travması alan 18 yaşlı qızın vəziyyəti orta ağırdır.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsinin təhqiqat qrupunda araşdırma aparılır.
Qeyd edək ki Kəmalə Rüstəmova uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkir.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB