“Sadaxlı” nəzarət-keçid məntəqəsində atışma olub

“Sadaxlı” nəzarət-keçid məntəqəsində atışma olub

Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayonu ərazisindəki "Sadaxlı" nəzarət-keçid məntəqəsində hələlik adları açıqlanmayan 6 nəfər "Makarov" tipli tapançadan atəş açaraq 3 nəfəri ağır yaralayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yaralılardan ikisi - Merab Kalandadze və Georgi Piralişvili xəstəxanaya çatdırılana qədər keçinib, Dilar Mukbaniani isə Marneuli rayon klinikasına yerləşdirilib.

Patrul polisi hadisəni törədən şəxsləri Sadaxlı-Marneuli avtomobil yolunda yaxalayıb. Onlardan "Makarov" tipli tapança götürülüb. Hələlik hadisənin səbəbləri açıqlanmır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə