Siyəzəndə ov zamanı bədbəxt hadisə baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, Siyəzən şəhəri, Şəhriyar küçəsi 16 ünvanında yaşayan Hüseynov Nazim Əliabbas oğlu rayon sakini Tural Mustafayevin ehtiyatsızlığı ucbatından odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb. Yaralı Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, hazırda faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB