Zaqatalada naməlum şəxslər avtomobili avtomatdan atəşə tutublar, üç nəfər ölüb

Zaqatalada naməlum şəxslər avtomobili avtomatdan atəşə tutublar, üç nəfər ölüb

Zaqatala rayonunda silahlı insident baş verib. Bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində, yolun kənarında 99 FG 128 dövlət nömrə nişanlı, "Hyundai" markalı maşına avtomatdan atəş açılıb.

Naməlum şəxslər atəş açan zaman avtomobildə 4 nəfər olub. Hadisə nəticəsində onların hamısı yaralanıb. İlkin məlumata görə, xəstəxanaya aparılarkən yaralılardan 3-ü yolda ölüb.

Hadisənin motivi, kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.

Atəşə tutulan avtomobilin Balakən rayon sakini Əliqayev Vüsal Xəlil oğluna məxsus olduğu açıqlanıb.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə