Sabirabadın Nizami kəndində maşın və ot tayası yandı

Sabirabadın Nizami kəndində maşın və ot tayası yandı

Ötən gün saat 5 radələrində Sabirabad rayonun Nizami kəndində yanğın hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, kənd sakini Kərimov Ağaqulu Möhtəmən oğluna məxsus ot tayası və şəxsi minik avtomobili tamamilə yanaraq külə dönüb.

Yanğından ilk öncə qonşular xəbər tutaraq ev sahibini xəbərdar ediblər. Qonşular ot tayasını söndürən zaman digər tərəfdən həyətdə saxlanılan avtomobilin də yandığını görüblər. Hadisə yerinə FHN-nin Sabirabad yanğından mühafizə idarəsinin əməkdaşları gələrək yanğını söndürərək digər tikililərə keçməsinin qarşısını alıblar. Yanğının başvermə səbəbi dəqiq bilinməsə də, ev sahibinin dediyinə görə, yanğın gecə saatlarında kimlər tərəfindənsə qəsdən törədilib. Çünkü ot tayası ilə yanan avtomobil arasına xeyli məsafə olub. Çünki ot tayasından hər hansısa bir qığılcımım avtomobilin üzərinə düşərək yandırması mümkün deyil.

Faktla bağlı rayon polis şöbəsi və FHN-nin Sabirabad rayon şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə