Azyaşlı xilas edilərək valideyinlərinə təhvil verilib

Azyaşlı xilas edilərək valideyinlərinə təhvil verilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şabran şəhərində 5 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus mənzildə bağlı qapı arxasında azyaşlı köməksiz vəziyyətdə qalıb.

SİA-nın məlumatına görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən qonşu mənzilin eyvanından daxil olaraq xilas edilib valideyinlərinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə