DİN-in rəsmi məlumatı

SİA-nın məlumatına görə, noyabrın 21-i saat 10 radələrində Naximov küçəsində Bakı şəhər sakini Muğdad Hüseynov münaqişə zəminində Pərviz Verdiyevə bıçaq xəsarəti yetirdiyi üçün Xətai RPİ 35-ci PB-nin əməkdaşları tərəfindən tutulub.

Noyabrın 21-nə keçən gecə Sabunçu qəsəbəsi Ə.Cavad küçəsində Bakı şəhər sakini Müsəllim Məmmədova məxsus "VAZ-21011" markalı avtomobil qaçırılıb. Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıran Masallı rayon sakinləri - Elnur Səfərov və Elçin Səfərov avtomobillə birlıkdə Zabrat - Maştağa şossesində tutulub.

Noyabrın 22-si saat 00:10 radələrində Yasamal rayonu İnşaatçılar prospektində Bakı şəhər sakini Nihad Maqsudov idarə etdiyi "Toyota-Prado" markalı avtomobillə Elmira Hüseynovanı vurub. E.Hüseynova xəstəxanaya aparılarkən yolda ölüb.

Oktyabrin 30-na keçən gecə Xəzər rayonu ərazisində Rüfət Allahverdiyevə məxsus "VAZ-21011" markalı avtomaşın yaşadığı evin qarşısından qaçırılıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomobili qaçıraraq yandıran Bakı şəhər sakinləri - Elmar Cəbiyev, Həmid Məhərrəmov və Həmzə Hüseynov tutulub.

Noyabrın 4-nə keçən gecə H.Cavid prospektində yerləşən, Fərhad Bədirova məxsus mağazadan, qapının qıfılını sındırma yolu ilə kassa aparatı oğurlanıb. Yasamal RPİ 26-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - Kənan Fərəcullazadə və Turan Mahmudov tutulub.

Noyabrın 16-sı saat 11:30 radələrində naməlum şəxs Şərifzadə küçəsində Şəhla Məmmədovanın əl çantasını dartıb qaçmaq istəyib. Lakin Ş.Məmmədova səs-küy saldığından buna nail ola bilməyib. Yasamal RPİ-28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğa cəhd etmiş Bakı şəhər sakini Fərid Qüdrətli tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə