Güclü yağış Bakı-Qazax magistralında ciddi poblemlər yaradıb FOTO

Güclü yağış Bakı-Qazax magistralında ciddi poblemlər yaradıb FOTO

Qərb bölgəsində müşahidə olunan yağışlı hava, eləcə də ağır tonnajlı avtomobillərə normadan artıq yükün vurulması respublika əhəmiyyətli Bakı-Qazax magistralında bir sıra fəsadlar yaradıb.

SİA-nın bölgə müxbirinin xəbərinə görə, Bakı-Qazax magistralının Şəmkir rayonunun ərazisindəki körpü keçidində çökmə və iri çatlar əmələ gəlib.

Körpü keçidinin mərkəzində iri çatlar və çöküntü əmələ gəlib ki, bu da hər an uçma təhlükəsindən xəbər verir. Yaranmış vəziyyətlə əlaqədər yolun bu hissəsindən gediş gəliş qismən məhdudlaşdırılıb.

Əraziyə əlavə polis naryadı ayrılıb. Təhlükəsizlik məqsədi ilə xüsusi yol nişanları qoyulub.

Buna baxmayaraq, yol polisi sürücüləri diqqətli olmağa çağırır. Qeyd edək ki, "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri də vəziyyətdən xəbərdardır. Qurumdan verilən məlumata görə, yaxın günlərdə körpünün təmirinə başlanacaq.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə