Noyabrın 20-si saat saat 10:00 radələrində A.Mustafayev küçəsində naməlum şəxs Masallı rayon sakini Fərid Nuriyevin əlindən, içərisində 281 manat olan pul kisəsini zorla alıb qaçıb. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən, Bakı şəhər sakini Şahin Şirinov DİN Baş Cinayət-Axtarış İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. Axtarış zamanı üzərindən 0,601 qram heroin aşkar olunaraq götürülüb.
Noyabrın 17-si saat 15:00 radələrində Ramil Nüsrətovun Mərdəkan qəsəbəsi Ərəblinski küçəsindəki evinin həyətindən, hasardan keçmə yolu ilə su mühərrikini oğurlamaqda şübhəli bilinən, Bakı şəhər sakini Nicat Həsənov Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.
Noyabrın 20-si saat 01:00-dan 04:40-dək olan müddətdə A.Məhərrəmov küçəsində Malik Hüseynova məxsus "VAZ-2107" markalı avtomobildən, açıq qapıdan keçmə yolu ilə oğurluq etməkdə şübhəli bilinən, Sabirabad rayon sakini Namiq Yəhyayev Nəsimi RPİ 19-cu PB və Post-Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən tutulub.
Nərimanov RPİ Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Rəşad Məmmədzadə tutulub.
Noyabrın 16-da Şamil Əzizbəyov küçəsində yerləşən, Bakı şəhər sakini Fərhad Xudaverdiyevə məxsus mağazadan, qapını sındırma yolu ilə 261 manat oğurlanıb. Nəsimi RPİ 21-ci PB və Post-Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməldiyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Əli Əliyev tutulub. Araşdırmalar zamanı məlum olub ki, o, noyabrın 18-də Mərdanov Qardaşları küçəsində yerləşən, Qaragöz İsgəndərovaya məxsus kafedən 200 manat, Oqtay Məmmədova məxsus mağazadan, qapını sındırma yolu ilə 264 manat dəyərində yağ oğurlamış, Svetlana Qəmbərovaya məxsus həmin küçədə yerləşən aptekdən və Etibar Nuriyevə məxsus bərbərxanadan isə, qapını sındırma yolu ilə oğurluğa cəhd edib. Ə.Əliyev bundan başqa, noyabrın 17-si saat 18:00 radələrində Cavadxan küşəsində yerləşən kafedə Abşeron rayon sakini Zamiq Lələyevin mobil telefonunu masanın üzərindən oğurlanıb.
Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Eldəniz Qulamov tutulub.
Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Anar Vəliyev şübhəli şəxs qismində saxlanılmış və ondan 0,320 qram heroin aşkar olunaraq götürülüb. Müəyyən olunub ki, o, avqustun 15-də Şərifzadə küçəsində Cəlilabad rayon sakini Nicat Əmirlinin mobil telefonunu danışmaq adı ilə alaraq qaytarmamış, oktyabrın 22-də isə işlədiyi, D.Bünyadzadə küçəsində yerləşən avtoyuyucuda Bakı şəhər sakini Mirdamət Ağalarova məxsus "Mitsubişi" markalı avtomaşından 3500 manat oğurlanıb.
Xətai RPİ Cinayət-Axtarış Şöbəsi və 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Bakı şəhər sakini Pərvanə Əliyeva tutulub. Məlum olmuşdur ki, o, sentyabrın 13-də M.Hadi küçəsində yerləşən gözəllik salonundan, açıq qapıdan keçmə yolu ilə orada işləyən Yasəmən Tapdıqovaya məxsus, içərisində 900 manat olan pul kisəsini oğurlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB