Yerli kütləvi informasiya vasitələri ölkənin güc strukturlarının nümayəndələrinə istinadla xəbər verirlər ki, Sinay yarımadasında Misir silahlı qüvvələri dəstəsinin silahlılar tərəfindən partladılması nəticəsində azı 10 hərbi qulluqçu həlak olub, daha 35 nəfər yaralanıb. Terror aktı Sinayın şimalında yerləşən Əl-Ariş şəhərinin yaxınlığında baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, içərisində məzuniyyətə gedən hərbi qulluqçuların olduğu avtobuslar yolda hərəkət edərkən terrorçular həmin yolun kənarında saxlanmış avtomobili partladıblar. Misir ordusu hərbçilərə hücumun icraçılarını tutmaq üçün Əl-Ariş rayonunda xüsusi əməliyyat aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB