Qubada dəhşətli partlayış hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhəri Əliheydər Qarayev küçəsində iki mərtəbəli yaşayış evində qeydə alınıb. Hadisə nəticəsində ev sahibəsi Kərimova Səbirə Səməd qızı xəsarət alıb. O, Quba MRX-na yerləşdirilib. Tibb müəssisəsindən verilən məlumata görə, vəziyyəti ağır olan Səbirə Kərimova reanimasiya şöbəsində müalicəsini davam etdirir. Baş verən partlayış nəticəsində ev tamamilə yararsız vəziyyətə düşüb. Həmçinin qonşu mənzillərə də ziyan dəyib.
Hadisəyə səbəb kimi qaz sızması göstərilir. Quba QİS-nin sahə rəisi Cabir Xəlilovun sözlərinə görə, abonentin qazdan düzgün istifadə etməməsi partlayışın baş verməsinə səbəb olub.
Qeyd edək ki, hazırda faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.



Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB