Beyrutda baş vermiş terror aktı nəticəsində 23 adam həlak olub, yaralıların sayı 146 nəfərə çatıb.
Bu barədə məlumatı "Röyter" agentliyi Livan hakimiyyət orqanlarının nümayəndəsinə istinadla yayıb.
Daha əvvəl 18 nəfərin həlak olması və 50-dən çox adamın yaralanması barədə məlumat verilmişdi.
Şahidlər jurnalistlərə bildiriblər ki, partlayışların arasında bir neçə dəqiqə fasilə olub. Özü də minalanmış avtomobildə baş verən ikinci partlayış birincidən daha güclü olub. Nəticədə yeddi binaya ciddi ziyan dəyib.
Livan Təhlükəsizlik Xidmətindəki mənbələrdən biri daha əvvəl bildirmişdi ki, partlayışlar ən azı iki raket zərbəsinin nəticəsi ola bilərdi. Raketlərdən biri bilavasitə İran səfirliyinin binasına düşüb.
Eyni zamanda başqa bir mənbənin məlumatına görə, İranın diplomatik missiyası yanında minalanmış iki avtomobil partlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB