Həbsxanada mobil telefon tapılıb

Həbsxanada mobil telefon tapılıb

Penitensiar xidmətin və Həbsxananın əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Həbsxanada cəza çəkən 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1; 126.2.4 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Emin İsa oğlu Hüseynovun kamerasına baxış keçirilərkən ona məxsus 1(bir) ədəd "LG" markalı mobil telefon aparatını aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə