Bakı İstintaq təcridxanasına qadağan olunan əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb

Bakı İstintaq təcridxanasına qadağan olunan əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilən əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanilan 1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Həsən oğlu Əsgərovun yanına qısamüddətli görüşə gəlmiş şəxs Fərəqət Qurban oğlu Novruzovun gətirdiyi əşyalara və üzərinə baxış keçirilərkən əynindəki pencəyin sol döş cibindən daxilində "Nar" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı və pencəyinin sol yan cibindən 1 (bir) ədəd zavod istehsalı olan özü açılan bıçaq aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə