Kazanda qəzaya uğramış təyyarə 23 il istismarda olub

Kazanda qəzaya uğramış təyyarə 23 il istismarda olub

Kazanda təyyarə qəzası nəticəsində həlak olan sərinişinlər arasında Azərbaycan vətəndaşı olmayıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Həmçinin, ilkin məlumata əsasən, qəza nəticəsində ölənlər arasında Rusiya vətəndaşları ilə yanaşı, bir Böyük Britaniya vətəndaşı da var.

Qeyd edək ki, bu gün axşam saatlarında Tatarıstanın paytaxtı Kazanda yerli aviaşirkətə məxsus "Boeing 737-500" tipli təyyarə qəzaya uğrayıb, 50 nəfər ölüb. Ölən sərnişinlər arasında Tatarıstan Prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da olduğu bildirilir.

Rusiya Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib ki, təyyarə aerodromun uçuş meydanına enərkən yerə çırpılıb. Təyyarədə olan 6 ekipaj və 44 sərnişinin hamısı ölüb.

Qeyd edək ki, Tatarıstanın Kazan şəhərində qəzaya uğrayan sərnişin təyyarəsinin 23 il istismarda olduğu məlum olub. Qəzaya uğrayan "Boinq-737" sərnişin təyyarəsinin 23 il bundan qabaq istehsal olunduğu və 2008-ci ildə "Tatarıstan" aviakompaniyası tərəfindən alındığı bildirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə