Yaşlı qadın evində huşsuz vəziyyətdə aşkarlanıb

Yaşlı qadın evində huşsuz vəziyyətdə aşkarlanıb

Fövqəladə hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

SİA-nın məlumatına görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olublar.

Mənzildə huşsuz vəziyyətdə aşkarlanmış qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə