Bakı İstintaq Təcridxanasına “Kalaşnikov” gülləsinin keçirilməsinin qarşısı alınıb
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyanın keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1978-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2; 92.5 və 309.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs, Türkiyə vətəndaşı Sümer Yaşar Yücelin yanına qısamüddətli görüşə gəlmiş Xaçmaz rayon sakini Dilşad Osman qızı Osmanovanın gətirdiyi əşyalara və üzərinə baxış keçirilərkən, əl çantasından 1 (bir) ədəd avtomat "Kalaşnikov"a aid "güllə" aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB