Kürdəmir rayonunda vətəndaş tərəfindən idarə olunan "Kamaz" markalı yük avtomobilinin vətəndaşa məxsus "VAZ" markalı, minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
SİA-nın verdiyi məlumata görə, nəticədə minik avtomobilinin sürücüsü 1958-ci il təv. Həsənov Firuz Valeh oğlu və şəxsiyyəti məlum olmayan avtomobildə olan sərnişin aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB