Balakən rayonunda vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan köməkçi otağın yanar konstruksiyaları 128 kv.m sahədə və içərisindəki əşyalar yanıb. SİA-nın məlumatına görə, yanğın zamanı ev sahibi əl nahiyəsindən yüngül yanıq xəsarəti alıb və ona təcili yardım tərəfindən yerində ilkin yardım göstərilib. Köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Biləsuvar rayonu, Ovçubərə kəndində (rayon mərkəzindən 17 km aralı), vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunub.
Ağsu rayonu, Elabad kəndində (rayon mərkəzindən 3 km aralı), vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 18 kv.m sahədə və damına yığılmış 2 ton ot bağlamasının 0.5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB