Penitensiar xidmətdə qulluğa namizədlərdən fiziki hazırlıq üzrə normativlər götürülüb
Ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə əlaqədar aparılan islahatların tərkib hissəsi kimi Penitensiar xidmətin ixtisaslı kadrlarla komplektləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, bu gün Penitensiar xidmətdə qulluğa qəbula namizədlərdən Penitensiar xidmətin Təlim mərkəzində fiziki hazırlıqlar üzrə normativlər götürülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 41S nömrəli Sərəncamı ilə təsdiq olunan "Hərbi qulluqçuların və hüquq mühafizə orqanlarının şəxsi heyətinin fiziki hazırlıq normativləri"-nə əsasən keçirilən məqbulda 55 nəfər namizəd güc, sürət və dözümlülüyü müəyyən edən fiziki hərəkət növləri üzrə hazırlıqlarını nümayiş etdiriblər.
Penitensiar xidmətin Kadrlar idarəsi tərəfindən bu istiqamətdə işlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB