Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Astarada törədilən dəhşətli qətllə bağlı məlumat yayıb. DİN-dən SİA-ya verilən məlumata görə, noyabrın 14-də Astara rayonu Sığalonı kəndində, kənd sakini 83 yaşlı İsmayıl Qulamov ailə münaqişəsi zəminində 72 yaşlı Məhbubə Nuriyevaya əvvəlcə kəsici alətlə xəsarət yetirib, sonra odlu silahdan atəş açaraq onu və özünü öldürüb. Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd "TOZ-20" markalı ov tüfəngi, 1 ədəd patron və 1 ədəd giliz götürülüb.
Faktla əlaqədar cinayət işi başlanıb, istintaq gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB