Məhbusdan mobil telefon aşkar edilərək götürülüb

Məhbusdan mobil telefon aşkar edilərək götürülüb

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2; 234.4.3; maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Camal Əli oğlu Məmmədovun üzərinə baxış keçirilərkən belinə bağladığı belliyinin içindən 1 (bir) ədəd "Nokia-X2" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə