Dövlət Komitəsi məscidin qarşısında qəza ilə bağlı məlumata aydınlıq gətirib
Bəzi kütləvi informasiya vasitələrində bu gün səhər guya Maştağa qəsəbəsində Aşura mərasimlərində iştirak edən və azyaşlı kimi təqdim olunan iki qızın məscidin qarşısında maşınla vurulması nəticəsində hər ikisinin həlak olması barədə informasiya yayılıb. SİA-nın verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən hadisə məscidin qarşısında yox, Maştağa qəsəbəsinin yaxınlığında yol kənarında baş verib.
Hadisə zamanı vəfat edənlər ziyarət məqsədilə yola çıxmış 1994-cü və 1991-ci il təvəllüdlü Bakı şəhəri, Bakıxanov qəsəbə sakinləri olub.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
Dövlət Komitəsinin açıqlamasında həlak olan vətəndaşlarımızın yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB