Avtomabil qəzası yenə can aldı. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə Sabirabad rayonu ərazisində qeydə alınan ağır yol nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Hadisə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 24-cü km-də, Sabirabadın Şəhriyar kəndi ərazisində baş verib.
1981-ci il təvəllüdlü Elvin Alışanovun idarə etdiyi "Mercedes" markalı avtomobil əks tərəfdən gələn "Akif İnşaat" MMC-yə məxsus, sürücü 1968-ci il təvəllüdlü Nəsibov Ramizin idarə etdiyi "Hovo" markalı yük avtomaşını ilə toqquşub. Hadisə zamanı eyni istiqamətdə hərəkət edən "Lada Priora" isə "Hovo"nun arxa hissəsinə çırpılıb. Hadisə nəticəsində "Mercedes"də olan sərnişin Sabirabadın Şəhriyar kənd sakini 1978-ci il təvəllüdlü Fərzəliyev Valeh Güloğlan oğlu yaralı vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasına daxil olarkən dünyasını dəyişib. "Mercedes"in sürücüsü isə aldığı xəsarətlərlə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəzaya "Mercedes"in "Hovo"nun yoluna çıxması səbəb olub. Hadisə ilə bağlı BDYPİ tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB