Ələt-Astara yolunda faciə: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Ələt-Astara yolunda faciə: 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Ələt-Astara yolunda faciə baş verib. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ələt-Astara yolunun 137-ci kilometrliyində Cəlilabad rayonu ərazisində "LADA PRİORA" markalı minik avtomobili "VAZ" markalı minik avtomobili ilə toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, "LADA-PRİORA" markalı minik avtomobilinin sürücüsü 1987-ci il təvəllüdlü İmanov Elvin Eynulla oğlu və onun sərnişini 1975-ci il təvəllüdlü Alışov Kamil Əliqusad oğlu hadisə yerində vəfat edib, digər sərnişini və "VAZ" markalı avtomobildə olan 2 nəfər xəsarət alıblar.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə müvafiq alət və avadanlıqlar vasitəsilə cəsədləri və xaəsarət alan 3 nəfəri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə