Ağdam rayonunda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 7 km aralıda yerləşən Xındırıstan kəndində baş verib.
Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan taxta konstruksiyadan ibarət bərbərxana yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB