Ağdamda bərbərxana yanıb

14 Noyabr 2013 09:16 (UTC+04:00)

Ağdam rayonunda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 7 km aralıda yerləşən Xındırıstan kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan taxta konstruksiyadan ibarət bərbərxana yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.