Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanilan 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Ramil Əhliman oğlu Vəliyevin yataq yerinə baxış keçirilərkən çarpayının üstündəki döşəyin altında gizlədilmiş daxilində danışıq kartı olmayan 1(bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Penitensiar xidmətin və 3 saylı İstintaq təcridxanasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında cəza çəkən 1992-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3; 177.2.4 maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Məhəmməd Cümşüd oğlu Muradzadəyə dayısı Zahir Əvəz oğlu Quliyevin gətirdiyi sovqata baxış keçirilərkən üzərində "Şolders" yazılmış şampun qabının içərisindən şəffaf sellofana bükülərək gizlədilmiş 6 (altı) ədəd yaşıl rəngli dərman həbləri aşkar olunaraq götürülüb.
Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasıda həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1984-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rəhman Çingiz oğlu Abdulovun yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu Afər Şahin oğlu Mirəliyevin gətirdiyi sovqata baxış keçirilərkən üz qırxmaq üçün nəzərdə tutulmuş "Gillette" sabun köpüyünün qutusunun içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb
Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2; 310 və 66.3 maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zamiq Vahid oğlu Qasımovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Günay Vahid qızı Qasımovanın üzərinə baxış keçirilərkən əl çantasının içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb
Faktlar üzrə araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB