Adi diqqətsizlik yanğına səbəb oldu

Adi diqqətsizlik yanğına səbəb oldu

Bərdədə minik maşını yanıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonun Qaradəmir kəndi ərazsində baş verən hadisədə Hafiz Bederova məxsus "Mercedes" markalı avtomobil yanıb. Yanğına səbəb ehtiyatsızlıq olub. Səhər saatlarında həyəti təmizləyən ailə payız aylarında ağaclardan tökülən quru yarpaqları maşın yaxınlığında yanıdırıb.

Bir neçə dəqiqədə alovlanan avtomobilin mühərrik hissələri yanaraq kül olub. Avtomobilə isə ciddi ziyan dəyib. Hadisə yerinə FHN -nin yanğından mühafizə xidmətinin əməkdaşları cəlb edilib.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə