Ağcabədidə ağır yol qəza hadisəsi baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonunun Qaradolaq kəndində minik maşını piyada Ədalət Hüseynovu vurub. Yolu keçmək istəyən 50 yaşlı piyada hadisə yerindəcə dünyasını dəyişib.
Meyid təcilli tibbi yardım avtomobili ilə rayon mərkəzi xəstəxanasına gətirilib.
Qeyd edək ki, hadisə ilə bağlı rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB