Bu gün Yevlaxın Qaraoğlan kəndi ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yevlax istiqamətində yüksək sürətlə hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan Xəyyam Məmmədovun idarə etdiyi traktorun qoşqusuna çırpılıb.
Hadisə nəticəsində " VAZ 2107"-nin sürücüsü və avtomobildə olan iki sərnişin yaralanıb.
Onlar Yevlax şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB