Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 114-cü kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş Dövlət Yol Polisi İdarəsindən SİA-ya verilən məlumata görə, Zaqatala şəhər sakini 51 yaşlı Bəxtiyar Məmmədov idarə etdiyi "Hyundai Sonata" markalı 90 LT 662 dövlət nömrəli avtomobillə eyni istiqamətdə hərəkət edən rayon sakini 37 yaşlı Qnyaz Əhmədovun idarə etdiyi 90 JH 899 dövlət nömrəli iritutumlu yük maşınını ötmək istəyərkən yol hərəkət qaydalarını pozub. Nəticədə Bəxtiyar Məmmədov idarə etdiyi avtomobili qarşıda gedən yük maşınına vurub. Qəza nəticəsində Bəxtiyar Məmmədovun idarə etdiyi avtomobil yolun sol tərəfinə çıxaraq ağaca dəyib və o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB