Şəmkirdə də yol nəqliyyat hadisəsi baş verib. 19 yaşlı rayon sakini Məstan Hüseynov idarə etdiyi "Toyota Prado" markalı avtomobili sərt döngədə aşırıb. Nəticədə sürücü hadisə yerindəcə ölüb. SİA-nın bölgə müxbirinin xəbərinə görə, hadisə Şəmkir-Kür qəsəbəsi avtomobil yolunun Mahmudlu kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin ehtimala görə, qəzaya avtomobilin yüksək sürətlə idarə edilməsi səbəb olub
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB