Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi

Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonu Xırdalan şəhərində giriş qapısının kilidinin qırılması nəticəsində 1 azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. SİA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qalxaraq giriş qapısını açıblar. Mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə