Dövlət sərhədini pozan 28 nəfər saxlanılıb

Dövlət sərhədini pozan 28 nəfər saxlanılıb

Oktyabr ayında Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycanın dövlət sərhədini pozduğu üçün 24 halda 28 nəfər saxlanılıb. DSX-dan SİA-ya verilən məlumata görə, 11 nəfər Azərbaycan, 10 nəfər Özbəkistan, 3 nəfəri Əfqanıstan, 2 nəfəri Türkiyə, 1 nəfər İran və 1 nəfər Tacikistan vətəndaşı olub. Rejim qaydalarını pozarkən quru sərhədlərində 10 halda 26 nəfər, Xəzər dənizində isə 34 halda 50 nəfər saxlanılıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 254 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə tədbirləri nəticəsində isə 40 halda ümumi dəyəri təqribən 67,8 min manat təşkil edən qaçaqmal, habelə 3 ədəd pnevmatik tapança, 1 ədəd 4.5 mm-lik pnevmatik avtomat, ov tüfəngi üçün 4,3 kq qırma, 50 kq barıt, 131 ədəd patron, 8 ədəd dəyənək, 9 ədəd qandal, 7 ədəd beşbarmaq, 3 ədəd minaaxtaran cihaz, 21,5 kq zinət əşyaları, 3259 qutu siqaret, 80 ədəd mobil telefon və. s əşyalar götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə