Daha bir avtobus qəza törətdi

Bu gün Bakıda daha bir avtobus qəzası baş verib. Hadisə şahidlərinin SİA-ya verdiyi məlumata görə, hadisə səhər saatlarında, Binəqədi rayonu ərazisində, Xocasən dairəsində qeydə alınıb.

"İsuzu" markalı, 90 BU 249 dövlət nömrə nişanlı sərnişin avtobusu "Mercedes" markalı minik maşını ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb.

Hadisə şahidləri qeyd ediblər ki, hadisə baş verən əraziyə gələn yol polisi əməkdaşları qəzanın səbəblərini araşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə